Əli Əmirlinin əsəri tələbələrin ifasında tamaşaya qoyulub

Əli Əmirlinin əsəri tələbələrin ifasında tamaşaya qoyulub "Teatr sənəti" fakültəsinin tələbələri “Sevən qadın” tamaşasını nümayiş etdirib
İncəsənət
26 May , 2016 13:57
Əli Əmirlinin əsəri tələbələrin ifasında tamaşaya qoyulub

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin tələbələri əməkdar incəsənət xadimi Əli Əmirlinin "Sevən qadın" psixoloji dramını tamaşaya qoyub.

Bu barədə "Report"a yazıçı Əli Əmirli məlumat verib.

Diplom işi kimi təqdim olunan tamaşanın quruluşçu rejissoru "Musiqili teatr rejissorluğu" ixtisası üzarə təhsil alan IV kurs tələbəsi Şərəf Yusifova, baş rolların ifaçıları ADMİU-nun tələbələri Natəvan Abbaslı, Ümman Budaqov, Həcərxanım Cavanşir və Fəridə Əlizadədir.

Tamaşa universitetin "Səda" teatrında nümayiş etdirilib.

Tamaşanın kurs rəhbəri əməkdar incəsənət xadimi Əliqismət Lalayev, diplom rəhbəri xalq artisti, professor İlham Namiq Kamaldır.

Qeyd edək ki, mürəkkəb kişi və qadın münasibətlərindən bəhs edən və əsasən aktyor ustalığına hesablanmış "Sevən qadın" bir neçə teatrda, o cümlədən Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında, Rusiya Federasiyasının Elista şəhərində fəaliyyət göstərən Kalmık Milli Dram Teatrında rus dilində səhnələşdirilib.

Son xəbərlər

Orphus sistemi