Elçin Əzizov Opera və Balet Teatrının səhnəsində çıxış edəcək

Elçin Əzizov Opera və Balet Teatrının səhnəsində çıxış edəcək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Traviata" operası olacaq
İncəsənət
12 Noyabr , 2014 14:09
Elçin Əzizov Opera və Balet Teatrının səhnəsində çıxış edəcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Dövlət Akademik Böyük Teatrının (Rusiya Federasiyası) solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizovu C.Verdinin “Traviata” operasının tamaşasında Jermon rolunda çıxış etmək üçün dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Opera və Balet Teatrının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Noyabrın 30-da baş tutacaq tamaşada Elçin Əzizovla  yanaşı Azərbaycan Opera və Balet Teatrının gənc və istedadlı solistləri İlahə Əfəndiyeva (Violetta) və Fərid Əliyev (Alfred), habelə xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar Artist Səbinə Əsədova (Flora), Anton Ferştandt (Doktor) çıxış edəcəklər.

Tamaşanı dirijor, beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, Elçin Əzizov Böyük teatrda çalışan ilk azərbaycanlı solistdir. O, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Dünyanın bir sıra ölkələrində uğurlu qastrol səfərlərində olan Elçin Əzizov Rusiya musiqişünasları və teatr tənqidçilərinin müsbət rəylərini alıb.

Son xəbərlər

Orphus sistemi