Əfrasiyab Bədəlbəylinin 110 illiyi "Qız qalası" baletinin tamaşası ilə qeyd olunacaq

Əfrasiyab Bədəlbəylinin 110 illiyi "Qız qalası" baletinin tamaşası ilə qeyd olunacaq Tamaşa ilk Azərbaycanlı balet ustası, SSRİ xalq artisti Qəmər Almaszadəyə həsr olunub
İncəsənət
4 Aprel , 2017 19:44
Əfrasiyab Bədəlbəylinin 110 illiyi Qız qalası baletinin tamaşası ilə qeyd olunacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa görkəmli bəstəkarın 110 illiyi münasibəti ilə nümayiş olunacaq.

"Qız qalası" Azərbaycan milli baletinin ilk nümunəsi olub, ilk tamaşası 16 aprel 1940-cı ildə baş tutub. Həmin vaxtdan tamaşa teatrın repertuarında möhkəm yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib.

Tamaşa ilk Azərbaycanlı balet ustası, SSRİ xalq artisti Qəmər Almaszadəyə həsr olunub.

Aprelin 15-də baş tutacaq tamaşada əsas rolları xalq artisti Gülağası Mirzəyev (Polad) və əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) və Makar Ferştandt (Cahangir xan) ifa edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi