Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqləri başlayıb

Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqləri başlayıb Yazıçı İlqar Fəhminin əsəri əsasında tamaşa hazırlanır
İncəsənət
30 Aprel , 2015 12:47
Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqləri başlayıb

Bakı. 30 aprel. REPORT.AZ/ Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqləri başlayıb. "Report" xəbər verir ki, teatrda İlqar Fəhminin “2015-ci kvartal” əsəri əsasında tamaşa hazırlanır.

Tamaşaya quruluşu rejissorlar Anar Sadıqov və Əlif Cahangirli verib. Bu, gənc rejissorların debütüdür. Əsərin quruluşçu-rəssamı Elgün Vəliyev, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Bədii rəhbər xalq artisti, rejissor Azər Paşa Nemətdir. 

Səhnə əsərində Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənc aktyorlarla yanaşı, xalq artisti Ramiz Məmmədov, əməkdar artist Şövqi Hüseynov və Nadir Xasıyev iştirak edir.

Əsər insanların mənəvi aşınmasından, cəmiyyətdəki təmiz və köməksiz insanların iç dünyasından, köhnə Bakı haqqında nostalji hisslərdən və əzəmətli yeni Bakı haqqında düşüncələrdən bəhs edir. 

Rejissorlar deyiblər ki, tamaşanın “2015-ci kvartal” adlandırılması təsadüfi deyil: "Azərbaycan üçün  2015-ci il böyük layihələrlə, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra start götürəcək I Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani sübutudur". 

Son xəbərlər

Orphus sistemi