Yuxarı
    Bağlamaq

    “Dərs” bədii filmi beynəlxalq festivalında “Ən yaxşı film” seçilib

    Azərbaycan filmi Rusiyanın dörd şəhərində nümayiş olunub

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” (Киношок) beynəlxalq film festivalının “KinoMalıŞok” (КиноМалыШок) proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.

    "Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival 3-10 sentyabr tarixlərində Rusiyada keçirilib.

    Festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdirilib.

    “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutub. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

    Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi