“CinemaPlus Azərbaycan” kinoteatrında litvalı kinorejissorla görüş olub

“CinemaPlus Azərbaycan” kinoteatrında litvalı kinorejissorla görüş olub “CinemaPlus Azərbaycan” premium kinoteatrında Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olub.
İncəsənət
16 May , 2019 15:39
“CinemaPlus Azərbaycan” kinoteatrında litvalı kinorejissorla görüş olub

“CinemaPlus Azərbaycan” premium kinoteatrında Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olub. 

"Report" xəbər verir ki, görüşü Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi təşkil edib. 

Görüşdən sonra isə rejissorun “Qədim meşə” (“Древний лес”) filminin nümayişi baş tutub.

Litvalı bioloq və dokumentalist Mindaugas Survila öz layihəsinin həyata keçirilməsinə 12 il vaxt sərf edib. 

Filmin çəkilişləri Litvanın ən qədim meşəsində aparılıb. Bədii və fərqli tərzdə olan bu film tamaşaçılara təbiətə - meşə yanğınlarından tutmuş canavar mağarası və qara leylək yuvasına, daha sonra meşənin dərinliklərinə baş çəkib və bu torpağın insanlarına qayıdaraq sonsuz səyahət təklif edir. Ekran əsəri kadrarxası mətn yoxdur, yalnız kameranın obyektivinə düşən müxtəlif çox az eşidilən səslər və meşənin sehirli mühiti var. 

Son xəbərlər

Orphus sistemi