Yuxarı
    Bağlamaq

    Ceyms Bond rolunun ifaçısı olmuş Rocer Mur vəfat edib

    O, hamıdan çox - 12 il ərzində Agent 007 rolunu canlandırıb© hollywoodshow.com

    Bakı. 23 may. REPORT.AZ/ Məşhur britaniyalı aktyor, ssenarist, prodüser Rocer Mur 89 yaşında İsveçrədə vəfat edib.

    Bu barədə "Report" "Evening Standard" nəşrinə istinadən xəbər verir.

    Ser Rocer Corc Mur tamaşaçılar arasında daha çox 1973-cü ildən 1985-ci ilə kimi canlandırdığı Ceyms Bond rolu ilə məşhurdur. O, hamıdan çox - 12 il ərzində "Agent 007" rolunu canlandırıb.

    R.Mur 1927-ci il oktyabrın 14-də polis və evdar qadının ailəsində anadan olub. O, kino sahəsinə ötən əsrin 40-cı illərin sonlarında gəlib. 17 yaşında ikən "Sezar və Kleopatra" (1945) filmində epizodik olaraq legioner rolunu oynayıb. Aktyora həmçinin "Müqəddəs" serialında canlandırdığı Saymon Templar rolu da məşhurluq qazandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi