Yuxarı
    Bağlamaq

    Cəlil Məmmədquluzadənin ev muzeyində aparılan təmir işləri başa çatıb

    Ev muzeyinin ekspozisiyasının tərtibatı aparılacaq

    Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq Cəlil Məmmədquluzadənin ev muzeyində aparılan təmir işləri başa çatıb.

    Bu barədə "Report"a muzeyin fond müdiri Zemfira Aslanova məlumat verib.

    Onun sözlərinə görə, aparılan təmir işləri ilə əlaqədar ötən ilin avqust ayından muzeyin ekspozisiyası, bağlı olub: "Hazırda təmir işləri başa çatıb. Bundan sonra muzeyin ekspozisiyasının tərtibatı aparılmalıdır. Tərtibat işləri aparıldıqdan sonra muzeyin zahiri görkəmi çox dəyişəcək. Bütün işlər payız aylarınadək yekunlaşacaq və Mirzə Cəlilin ev muzeyi qapılarını ziyarətçilərin üzünə yeni görkəmdə açacaq".

    Xatırladaq ki, ev muzeyi Süleyman Tağızadə 56 ünvanında yerləşir. C.Məmmədquluzadə 1920-ci ildən 1932-ci ilədək bu evdə yaşayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi