Cəlil Məmmədquluzadənin ev muzeyində aparılan təmir işləri başa çatıb

Cəlil Məmmədquluzadənin ev muzeyində aparılan təmir işləri başa çatıb Ev muzeyinin ekspozisiyasının tərtibatı aparılacaq
İncəsənət
8 İyul , 2016 15:41
Cəlil Məmmədquluzadənin ev muzeyində aparılan təmir işləri başa çatıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq Cəlil Məmmədquluzadənin ev muzeyində aparılan təmir işləri başa çatıb.

Bu barədə "Report"a muzeyin fond müdiri Zemfira Aslanova məlumat verib.

Onun sözlərinə görə, aparılan təmir işləri ilə əlaqədar ötən ilin avqust ayından muzeyin ekspozisiyası, bağlı olub: "Hazırda təmir işləri başa çatıb. Bundan sonra muzeyin ekspozisiyasının tərtibatı aparılmalıdır. Tərtibat işləri aparıldıqdan sonra muzeyin zahiri görkəmi çox dəyişəcək. Bütün işlər payız aylarınadək yekunlaşacaq və Mirzə Cəlilin ev muzeyi qapılarını ziyarətçilərin üzünə yeni görkəmdə açacaq".

Xatırladaq ki, ev muzeyi Süleyman Tağızadə 56 ünvanında yerləşir. C.Məmmədquluzadə 1920-ci ildən 1932-ci ilədək bu evdə yaşayıb.

Son xəbərlər

Orphus sistemi