Cahangir Novruzov Azərbaycanda yeni filmə çəkilir

Cahangir Novruzov Azərbaycanda yeni filmə çəkilir Görkəmli sənətkar "Azərbaycanfilm" kinostudiyasının dəvətilə Bakıya gəlib
İncəsənət
18 Avqust , 2015 18:36
Cahangir Novruzov Azərbaycanda yeni filmə çəkilir

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəvətilə yenidən Bakıya gəlib. Görkəmli sənətkar "Azərbaycanfilm" də istehsal edilən "Köşk" bədii filmində əsas obrazlardan birini ifa etmək üçün sınaq çəkilişinə dəvət olunub.

Bu barədə "Report"a Cahangir Novruzov məlumat verib.

"Hazırda Bakıdayam. "Azərbaycanfilm" kinostudiyasının dəvətilə rejissor Mirsadıq Ağazadənin "Köşk" adlı filmində biznesmen Natiq obrazını ifa etmək üçün sınaq çəkilişinə dəvət olunmuşam. Filmin çəkilişləri Azərbaycan və Gürcüstanda aparılacaq". 

Cahangir Novruzov həm də Türkiyədə yeni filmə çəkilib. Bu barədə ilk xəbəri "Report"a deyən sənətkar çəkilişlərin başa çatdığını bildirib.

"Türk rejissoru Sadiq Dəmirözün "Bilgə adam və başqaları" adlı filmində baş rolu ifa etmişəm. Filmin çəkilişləri artıq başa çatıb. Filmdə "Bilgə adam və başqaları"ı, yəni "Müdrik adam"ı canlandırmışam. Filmin sonu dahi Hüseyn Cavidin "İblis" əsərində İblisin monoloqu ilə bitir. Bu monoloğun filmə salınması mənim təşəbbüsümlə olub". 

Qeyd edək ki, Cahangir Novruzov Türkiyədə növbəti yeni filmə çəkilmək üçün təklif alıb. Hazırda vətənində olan sənətkar "Azərbaycanfilm"də yeni filmdə çəkilməklə yanaşı, Milli Dram Teatrında hazırlanan "Qu quşunun nəğməsi" əsərində də baş rolu ifa edəcək. 

Son xəbərlər

Orphus sistemi