Bu həftə Musiqili Teatrda 9 tamaşa nümayiş etdiriləcək

Bu həftə Musiqili Teatrda 9 tamaşa nümayiş etdiriləcək Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə ərzində 9 tamaşa nümayiş olunacaq. 
İncəsənət
15 Noyabr , 2017 20:41
Bu həftə Musiqili Teatrda 9 tamaşa nümayiş etdiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə ərzində 9 tamaşa nümayiş olunacaq. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşaçılar 16, 17, 18, 19 noyabr tarixlərində saat 11:00, 12:00, 14:00, 15:00, 16:00 və 19:00-da “Hacı Qara” (M.F.Axundzadə), “Qızıl cücə” (V.Ulanovski, V.Orlov), “Arşın mal alan” (Ü.Hacıbəyli), “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov), “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrimm qardaşları), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) və “Düyməcik” (H.K.Andersen) tamaşalarını izləyə bilərlər. 

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 16, 18 noyabr tarixində saat 12:00-da V.Ulanovski, V.Orlovun “Qızıl cücə”, 19 noyabr saat 14:00-da H.K.Andersenin “Düyməcik” əsəri rus dilində, həmin gün 12:00-da C.Barri, Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşası Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. 

Səhnə əsərlərində sevimli aktyorlar - xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər - Boris Qrafkin, Nahidə Orucova, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar - Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Nadir Xasıyev, Marina Litvenonko, Gülcahan Salamova, Nadejda Povelitsina, Gülçöhrə Abdullayeva, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Emil Heydərov, Gültac Əlili, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rauf Babayev, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Əmrah Dadaşov, Aydan Həsənova, Səməd Xasıyev, Nicat Əli, Atəş Qarayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov, Zaur Əliyev, Fərid Rzayev, Cəlalə Novruzlu və başqaları ifa edəcəklər.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi