Bakı. 24 aprel. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan mədəniyyəti həftəsinin rəsmi açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mədəniyyət həftəsi çərçivəsində Rio-de-Janeyronun "Cidade das Artes" incəsənət mərkəzində Azərbaycan milli mətbəx nümunələrinin, Azərbaycan dünən, bu gün, sabah adlı fotosərgisinin açılışı olub.
Daha sonra "Teatro de Camera" zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Tədbiri giriş sözü ilə incəsənət mərkəzinin prezidenti cənab Emilio Kalil açıq elan edib. Daha sonra Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək tədbirin məqsədindən danışıb. Səfir Azərbaycanın
Rəsmi hissədən sonra Dövlət Rəqs Ansamblının üzvlərinin iştirakı ilə U.Hacıbəylinin musiqisi əsasında qurulmuş Cəngi rəqsi ifa olunub. Daha sonra muğam ifaçısı xalq artisti
Ansamblın ifasında "Qarabağ", "Naz eləmə", "İgidlər" rəqsləri nümayiş etdirilib.