​Böyük Moskva Sirki Bakıya gələcək

​Böyük Moskva Sirki Bakıya gələcək Səfərin yaxın vaxtlarda baş tutma ehtimalı var
İncəsənət
12 Fevral , 2016 23:54
​Böyük Moskva Sirki Bakıya gələcək

Bakı. 12 fevral. REPORT.AZ/ Böyük Moskva Sirki və Zapaşnı Qardaşları Sirki Azərbaycana qastrol səfərinə gəlməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Vestnik Kavkaza" portalına Böyük Moskva Sirkinin direktoru Edqard Zapaşnı məlumat verib.

Edqard Zapaşnı uşaqlıqda Cənubi Qafqazda kifayət qədər vaxt keçirdiyini bildirib, həmçinin burada məktəbə getdiyini, atasının Bakı, Tbilisi və İrəvanda qastrol səfərlərində olduğunu xatırladıb.

"Ora mənim həmişə xoşuma gəlib, ona görə də ümid edirəm ki, biz yaxın vaxtlarda ora qastrol səfərinə gedə biləcəyik. Hazırda bunun üçün yaxşı zəmin yaranıb", - deyə sirkin direktoru əlavə edib.

Təlimçi Yuli Qusmanın "Qorxma, mən səninləyəm!1919" filminə çəkilən zaman Bakıya səfəri ilə bağlı xatirələrini də bölüşüb. O ilk növbədə azərbaycanlıların ruslara qarşı xoş münasibətindən heyran qaldığını bildirib.

Son xəbərlər

Orphus sistemi