Yuxarı
    Bağlamaq

    Azərbaycanda ilk dəfə Beynəlxalq Çay Festivalı keçiriləcək

    Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər öz ölkələrinin ənənələrinə uyğun çay süfrəsi nümayiş etdirəcək

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə Beynəlxalq Çay Festivalı keçiriləcək.

    "Report" xəbər verir ki, oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası Beynəlxalq Kulinariya Günü ilə əlaqədar tədbir keçirəcək. Tədbir çərçivəsində ilk dəfə olaraq “Beynəlxalq Çay Festivalı” keçiriləcək.

    Festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər öz ölkələrinin ənənələrinə uyğun çay süfrəsi nümayiş etdirəcək. Tədbirdə Yaponiya, Cənubi Koreya, Çin, İran, Hindistan, Türkiyə və s. kimi ölkələrin çay mərasimləri göstəriləcək.

    Həmçinin festivalda aşpazların əl işləri nümayiş etdiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi