Yuxarı

Bakıda ​"Aşk sana benzer" filminin təqdimatı keçirilib

Filmin təqdimatına toplaşan kinosevərlər türkiyəli sənətkarları alqışlarla qarşılayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün "Nizamı" Kino Mərkəzində Türkiyə istehsalı olan "Aşk sana benzer" ("Eşq sənə bənzər") filminin qala gecəsi keçirilib.

"Report"un məlumatına görə, filmin baş rolunun ifaçıları - Fahriyye Evcen, Burak Özçivit, Səlim Bayrakdar təqdimatda iştirak edib.

Tamaşaçılar Burak Özçiviti "Möhtəşəm 100 il" teleserialındakı Mal Koç oğlu Bali bəy rolundan tanıyır.
Filmin rejissoru A.Taner Elhandır.

"Aşk sana benzer"in mövzusu məhəbbətdən bəhs edir.

Filmin təqdimatına toplaşan kinosevərlər türkiyəli sənətkarları alqışlarla qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi