Yuxarı
    Bağlamaq

    Bakıda V Avropa Film Festivalının açılışı olub - Fotoreportaj

    Bu il festival çərçivəsində Avropa İttifaqına üzv olan 16 ölkənin müasir filmləri təqdim ediləcək

    Bakı. 30 oktyabr. REPORT.AZ. Bu gün Bakıda 5-ci Avropa Film Festivalının açılışı keçirilib. "Report" un məlumatına görə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır.

    "Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslanma baxımından Avropa Film Festivalı təkrarolunmazdır" - festival ərfəsində Aİ Səfiri Malena Mard deyib.

    Bu il Avropa Film Festivalının proqramına Avropa İttifaqına üzv olan 16 ölkənin (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycan filmlərinin nümayişi daxildir.

    Festival noyabrın 9-dək davam edəcək. Bütün filmlərə giriş sərbəstdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi