Bakıda Cənubi Koreya mədəniyyətinə dair konsert keçirilib

Bakıda Cənubi Koreya mədəniyyətinə dair konsert keçirilib Konsertin məqsədi Koreya musiqisi, mədəniyyəti, tarixi və idman ənənələrini nümayiş etdirilməsi olub
İncəsənət
18 Sentyabr , 2017 12:55
Bakıda Cənubi Koreya mədəniyyətinə dair konsert keçirilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakıda Azərbaycanla Cənubi Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş geniş konsert keçirilib.

"Report" xəbər verir ki, 80 məşhur mədəniyyət xadimi və taekvando ustasının iştirakı ilə keçən konsertin məqsədi Koreya musiqisi, mədəniyyəti, tarixi və idman ənənələrinin nümayiş etdirilməsi olub.

Konsertə Koreyanın opera ifaçıları, Azərbaycanın muğam ustaları və Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin birgə çıxışı ilə yekun vurulub.

Qeyd edək ki, tədbir Bakıda Cənubi Koreya səfirliyi və "Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası" (SEBA) İctimai Birliyi tərəfindən birgə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi