Bakıda azərbaycanlı və fransız musiqiçilərin iştirakı ilə konsert keçiriləcək

Bakıda azərbaycanlı və fransız musiqiçilərin iştirakı ilə konsert keçiriləcək Fransız musiqiçi Pyer Treqomenin Bakıya ilk səfəri münasibətilə YARAT Mərkəzində "Caz və muğam gecəsi" adlı konsert baş tutacaq
İncəsənət
25 Fevral , 2016 15:22
Bakıda azərbaycanlı və fransız musiqiçilərin iştirakı ilə konsert keçiriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 29-da YARAT Müasir İncəsənət Mərkəzində fransız musiqiçi Pyer Treqomenin Bakıya ilk səfəri münasibətilə "Caz və muğam gecəsi" adlı konsert keçiriləcək.

"Report" Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfirliyin Azərbaycanda Fransız İnstitutu və YARAT Müasir İncəsənət Mərkəziylə birgə təşkil etdiyi konsertdə azərbaycanlı və fransız musiqiçilər iştirak edəcək.

Gecənin musiqi proqramına muğam kompozisiyaları, ənənəvi, müasir və caz musiqiləri daxil ediləcək. Eyni zamanda proqramda Pyer Treqomrenin fərdi kompozisiyaları, kamança ustası Elnur Mikayılovun ifaları və digər musiqi improvizasiyaları da olacaq.

Konsertə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi