Bakı Uşaq Teatrı Hindistan və İranda keçirilən tədbirlərdən qayıdıb

Bakı Uşaq Teatrı Hindistan və İranda keçirilən tədbirlərdən qayıdıb Teatrın yeganə dərdi bina problemidir
İncəsənət
25 Noyabr , 2014 16:56
Bakı Uşaq Teatrı Hindistan və İranda keçirilən tədbirlərdən qayıdıb

Bakı. 25 noyabr. REPOTRT.AZ/ Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan Hindistan və İranda keçirilən tədbirlərdən qayıdıb. Bu barədə "Report"a açıqlamasında İntiqam Soltan bildirib. 

Hindistanda Türk Uşaq Teatrlarının Konfransında iştirak etdiyini deyən İ.Soltan İranın İraqla sərhədində yerləşən Mərivan şəhərində, İranın Kürdüstan vilayətində IX Beynəlxalq Meydan Tamaşaları Festivalında iştirak etdiklərini bildirib.

Onun sözlərinə görə, Bakı Uşaq Teatrı Beynəlxalq Meydan Tamaşaları Festivalında " Fokus-Mokus, Həcci-məcci" tamaşası ilə çıxış edib: "Tamaşa festivalda maraqla qarşılanıb. Mərivan şəhərində Teatr parkı salınıb. İki ay müddətində yaradılan Teatr parkı Ginnesin Rekordlar Kitabına düşəcək. Çünki dünyada Teatr adına salınan ilk parkdır. Mərivan şəhərindən qayıdarkən Ərdəbildə keçirilən "Təkən" Festivalında iştirak etdik. Teatrımızın çıxışları maraqla qarşılandı. Dekabrın 2-3-də isə Bakı Uşaq Teatr tərəfindən Əlillər Günü Münasibətilə Şağanda və Saray qəsəbəsində yerləşən 7 saylı məktəbdə tamaşa nümayiş etdiriləcək"

İ.Soltan Bakı Uşaq Teatrının bütün tədbirlərdə, festivallarda fəal iştirak etdiyini deyərək yeganə problemlərinin bina məsələsi olduğunu vurğulayıb: "Normal binamız və şəraitimiz olsa, çox işlər görə bilərik". 

Son xəbərlər

Orphus sistemi