Bakı Dövlət Sirkinin yeni proqramında moto-şou nümayiş etdiriləcək

Bakı Dövlət Sirkinin yeni proqramında moto-şou nümayiş etdiriləcək Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Dövlət Sirkinin yeni proqramında moto-şou nümayiş olunacaq.
İncəsənət
12 Dekabr , 2017 14:13
Bakı Dövlət Sirkinin yeni proqramında moto-şou nümayiş etdiriləcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Dövlət Sirkinin yeni proqramında moto-şou nümayiş olunacaq.

Bu barədə “Report”a sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov məlumat verib.

O bildirib ki, yeni proqramın heyəti Rusiya və Ukrayna sirklərinin artistlərindən ibarətdir: "Dekabrın 29-dan yanvarın 7-ə kimi nümayiş olunacaq proqram "Ekstremal qış" adlanır. Dəmir şar içərisində göstəriləcək moto-şou proqramın ən unikal nömrəsi olacaq. Bunlarla yanaşı, şouda timsahlar, ilanlar və digər heyvanlar da var. Proqrama illüziya, hava gimnastları, akrobatlar, klounların göstərdiyi nömrələr və bayramın rəmzi olan Şaxta baba ilə Qar qız da daxildir. İşiqlandırılma üçün xüsusi avadanlıqlar gətirildiyi bu böyük şounun müddəti 2 saatdır".

Qeyd edək ki, şou üçün biletlərin qiyməti sırasından asılı olaraq 10-20 man arasında dəyişir. Biletləri sirkin kassalarından hər gün saat 10:00-dan 20:00-dək əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi