Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti Gənc Tamaşaçılar Teatrının qonağı olub

    Tələbələr III Riçarda tamaşa ediblər

    Bakı. 9 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və tələbə heyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Uilyam Şeksprin "III Riçard" tarixi dramına tamaşa ediblər.

    "Report" xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidməti yayıb.

    Tamaşa Bakı Ali Neft Məktəbinin kollektivi tərəfindən alqışlarla qarşılanıb.

    Teatrla Ali Məktəb arasında aparılan danışıqların nəticəsi kimi qərara alınıb ki, ayda bir dəfə BANM-nin müəllim və tələbələri Gənc Tamaşaçılar Teatrında tamaşaları seyr edəcəklər.

    Qeyd edək ki, "III Riçard" əsərinə xalq artisti, rejissor Cənnət Səlimova quruluş verib.

    Rollarda xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Elşən Çarhanlı, Mehriban Abdullayeva və başqaları çıxış ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi