Azərbaycanlı pianoçu Parisdə konsert proqramı ilə çıxış edəcək

Azərbaycanlı pianoçu Parisdə konsert proqramı ilə çıxış edəcək Konsertdə orijinal kompozisiyalar və improvizələr səsləndiriləcək
İncəsənət
25 Mart , 2017 11:01
Azərbaycanlı pianoçu Parisdə konsert proqramı ilə çıxış edəcək

Bakı. 25 mart. REPORT.AZ/ Pianoçu və bəstəkar Renara Axundova martın 29-da Parisdəki “Cıte des Arts” məkanında “Celebration” konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bunu sənətçinin özü bildirib.

O qeyd edib ki, konsertdə orijinal kompozisiyalar və improvizələr səsləndirəcək. 

Qeyd edək ki, R.Axundova Bakıda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən musiqi məktəbində alıb. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra tale onu Parisə gətirib. O, Parisdə musiqi sənəti ilə ciddi məşğul olub. İlk solo konserti 2007-ci ildə Tallində baş tutub. Həmin vaxtdan etibarən Renara Axundova Rusiya, Küveyt, ABŞ və bir sıra Avropa ölkələrində konsert proqramları ilə çıxış edib.

Bəstəkar Renara Axundovanın musiqisi insan taleyi haqqında işıqlı ideallara söykənən hekayətdir. O, hər kəsə tanış olan hiss və emosiyaları musiqinin dili ilə çatdırır.

Son xəbərlər

Orphus sistemi