Türkiyədə azərbaycanlı müğənninin ilk albomu satışa çıxarılıb

Türkiyədə azərbaycanlı müğənninin ilk albomu satışa çıxarılıb Albomda onun ifasında müxtəlif janrlarda musiqilər yer alıb
İncəsənət
25 May , 2015 14:44
Türkiyədə azərbaycanlı müğənninin ilk albomu satışa çıxarılıb

Bakı. 25 may. REPORT.AZ/ Türkiyədə azərbaycanlı müğənni Azərinin albomu işıq üzü görüb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ürəklərdə birik" adlı albom bu aydan etibarən satışa çıxarılıb.

Türkiyə mətbuatına açıqlama verən Azərin bildirib ki, bu ölkədə işıq üzü görən ilk albomda onun ifasında müxtəlif janrlarda musiqilər yer alıb: "Mahnıların yer aldığı albomda dünya klassikləri ilə yanaşı, pop və digər janrlarda ifalar var. Həmçinin, albomda Möhsün Yazıçıoğlunun "Üşüyorum" (Üşüyürəm) şeiri də yer alıb. Gənclik illərimdən onun pərəstişkarıyam. Azərbaycanın ən çətin günlərində ölkəmizə çox köməklik edib. Bundan sonra onun şeirlərini oxumağa başladım. Məhz "Üşüyürəm" şeirini oxuyanda çox təsirləndim və qərara aldım ki, bunu alboma daxil edim. İfanın bəstəsi isə bacıma aiddir".

Qeyd edək ki, albom Türkiyənin "Nüvaz" musiqi şirkətinin təşəbbüsü ilə ərsəyə gəlib.  

Son xəbərlər

Orphus sistemi