Yuxarı

Azərbaycanla Türkiyə müştərək filmlər çəkəcək

Ötən il Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası 52 beynəlxalq kino festivalında iştirak edib

Bakı. 19 fevral. REPORT.AZ/ "Ötən il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası 52 beynəlxalq kino festivalında iştirak edib. Bu Azərbaycan kinosunun uğurudur".

Bunu "Report"a açıqlamasında C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

"Mozalan" studiyasının elan etdiyi ssenari müsabiqəsində 6 ssenarinin qalib olduğunu deyən Müşfiq Hətəmov yaxın günlərdə bu ssenarilər əsasında filmlərin çəkiləcəyini bildirib.

"Azərbaycanfilm" Kinostudiyasının direktoru bu il Türkiyə ilə müştərək bir neçə layihənin ekranlaşdırılacağını da deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi