Yuxarı
    Bağlamaq

    Azərbaycanın teatr və mədəniyyət müəssisələri 20 Yanvar faciəsinin 25-ci ildönümünə hazırlaşır

    Mədəniyyət və incəsənət xadimləri Şəhidlər Xiyabanını ziyarət edəcək

    Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanın mədəniyyət xadimləri 20 Yanvar faciəsinin 25-ci ildönümünə hazırlaşır.

    "Report" xəbər verir ki, faciənin ildönümü günü səhər saatlarından başlayaraq, mədəniyyət və incəsənət xadimləri Şəhidlər Xiyabanını ziyarət edəcək. Teatr və mədəniyyət müəssisələri isə 20 Yanvar günü, günün ahənginə uyğun tamaşa və kamera konserti təqdim edəcək.

    Hər il olduğu kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında şəhidlərin əziz xatirəsinə həsr edilən tamaşa nümayiş olunacaq. Teatr bu il Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasını yenidən tamaşaçıların ixtiyarına verəcək. Tamaşa 20 Yanvar şəhidlərinə həsr edilib.

    Akademik Milli Dram Teatrı isə yanvarın 20-də İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşasını nümayiş edəcək. Əsər Qarabağ xanı İbrahim xan və onun qızı Ağabəyim ağanın həyatından, o dövrün tarixi ziddiyyətlərindən bəhs edir.

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 20 yanvar şəhidlərinin əziz xatirəsinə kamera musiqisi axşamı təqdim edəcək. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənəcək konsertin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi