Azərbaycanın tanınmış kukla ustalarının əsərləri Tbilisidə beynəlxalq festivalda sərgilənir - FOTO

Azərbaycanın tanınmış kukla ustalarının əsərləri Tbilisidə beynəlxalq festivalda sərgilənir - FOTO Tbilisi. 3 noyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində ikinci beynəlxalq müəllif kuklaları “ArtDoll Tbilisi 2018” festivalı keçirilir.
İncəsənət
3 Noyabr , 2018 16:30
Azərbaycanın tanınmış kukla ustalarının əsərləri Tbilisidə beynəlxalq festivalda sərgilənir - FOTO
Report

Tbilisi. 3 noyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində ikinci beynəlxalq müəllif kuklaları “ArtDoll Tbilisi 2018” festivalı keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində keçirilən tədbirdə Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Azərbaycan, Çexiya və Estoniyanın tanınmış kukla dizaynerləri iştirak edirlər.

Azərbaycanı beynəlxalq festivalda kukla üzrə rəssamlar - Pərviz Hüseynovİrina Qundorina təmsil edir.

Festivalda sərgilənən əsərlər arasında rusiyalı kukla ustası Yelena Timkayevanın müəllifi olduğu və Azərbaycanın görkəmli müğənni və bəstəkarı Müslüm Maqomayevə həsr olunmuş kukla ziyarətçilər arasında böyük maraq doğurub.

Festival Gürcüstanın “GeoDoll” Kukla Ustaları Birliyi və Dövlət Folklor Mərkəzi tərəfindən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, Tbilisi Meriyası və Milli Turizm Administrasiyasının maliyyə dəstəyi ilə keçirilir. Tədbirin məqsədi Tbilisi sakinləri və şəhər qonaqlarına kukla üzrə rəssamların ideya və texnika müxtəlifliyini nümayiş etdirməkdir.

Festival noyabrın 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi