Yuxarı

Azərbaycanın sənət ustaları Gürcüstanda beynəlxalq festivalda iştirak edəcəklər

Azərbaycanın sənət ustaları Gürcüstanda beynəlxalq festivalda iştirak edəcəklər

Gürcüstanın Axaltsixe şəhərində iyunun 28-30-da II Beynəlxalq Əl İşləri Emalatxanaları Festivalı keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Rabat qalasında təşkil olunacaq.

Festivalda Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, Latviya, Ermənistan, Rumıniya, Qazaxıstan və Özbəkistandan olan sənət ustaları iştirak edəcəklər.

Tədbir ziyarətçilərinə keramika, oyma sənəti, xalça toxunması və digər sənət nümunələri təqdim olunacaq.

Beynəlxalq festival çərçivəsində həmçinin uşaqlar üçün proqramlar, muzey kolleksiyalarının sərgisi, el sənətləri haqqında seminar, master-klass və mühazirələr, konsert və əyləncəli proqramlar da təşkil ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi