Yuxarı
    Bağlamaq

    "Azərbaycanfilm" Kinostudiyasında iki yeni film çəkiləcək

    Dağlıq Qarabağ münaqişəsi və Qərbi Azərbaycan mövzusuna həsr edilən filmlər də çəkiləcək

    Bakı. 20 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında iki yeni film çəkiləcək. 

    "Report" xəbər verir ki, bunu "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

    Onun sözlərinə görə, yaxın vaxtlarda rejissor İlqar Nəcəfin "Nar", Mirsadıq Ağazadənin "Köşk" filmlərinin çəkilişlərinə başlanılacaq: "Hər iki filmin çəkilişlərinə hazırlıq görülür". 

    M.Hətəmov deyib ki, bundan başqa kinostudiyada Dağlıq Qarabağ münaqişəsi və Qərbi Azərbaycan mövzusuna həsr edilən filmlər də çəkiləcək: "Bu mövzularda əsasən sənədli filmlər çəkməyi nəzərdə tuturuq. Amma bədii filmlər də olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi