Yuxarı

"Azərbaycanfilm" kinostudiyasında Elçin Musaoğlunun yubileyi qeyd edilib

Onun çəkdiyi Nabat filmi 30-a yaxın beynəlxalq film festivalına qatılıb, 10-dan artıq mükafata layiq görülüb

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, ssenarist Elçin Musaoğlunun anadan olmasının 50 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Elçin Musaoğlunun 50 illik yubileyini kinostudiyanın rəhbərliyi qeyd edib.

Elçin Musaoğlu “Qum dənəsi”, “Azad Mirzəcanzadə”, “O quzeylər”, “Tofiq Bakıxanov”. “Gəmiqaya”, “Bir qəlbin iki dastanı”, “Basqal”, “Fotoqraf”, “Maestro”, “Mən kitabımı başlayıram” və s. 50-dən artıq sənədli filmin, “40-cı qapı”, “Nabat” kimi bədii filmlərin ssenari müəllifi və rejissoru olmaqla kinomuza yeni səs, yeni nəfəs gətirib.

Bu filmlərin hər biri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. Təkcə “Nabat” filmi 30-a yaxın beynəlxalq film festivalında iştirak edib, 10-dan artıq mükafata layiq görülüb.

Elçin Musaoğlu Azərbaycan Kinematoqrafçılar İttifaqının, Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi