"Azərbaycanfilm" kinostudiyasında Elçin Musaoğlunun yubileyi qeyd edilib

"Azərbaycanfilm" kinostudiyasında Elçin Musaoğlunun yubileyi qeyd edilib Onun çəkdiyi "Nabat" filmi 30-a yaxın beynəlxalq film festivalına qatılıb, 10-dan artıq mükafata layiq görülüb
İncəsənət
12 İyul , 2016 15:25
Azərbaycanfilm kinostudiyasında Elçin Musaoğlunun yubileyi qeyd edilib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, ssenarist Elçin Musaoğlunun anadan olmasının 50 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Elçin Musaoğlunun 50 illik yubileyini kinostudiyanın rəhbərliyi qeyd edib.

Elçin Musaoğlu “Qum dənəsi”, “Azad Mirzəcanzadə”, “O quzeylər”, “Tofiq Bakıxanov”. “Gəmiqaya”, “Bir qəlbin iki dastanı”, “Basqal”, “Fotoqraf”, “Maestro”, “Mən kitabımı başlayıram” və s. 50-dən artıq sənədli filmin, “40-cı qapı”, “Nabat” kimi bədii filmlərin ssenari müəllifi və rejissoru olmaqla kinomuza yeni səs, yeni nəfəs gətirib.

Bu filmlərin hər biri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. Təkcə “Nabat” filmi 30-a yaxın beynəlxalq film festivalında iştirak edib, 10-dan artıq mükafata layiq görülüb.

Elçin Musaoğlu Azərbaycan Kinematoqrafçılar İttifaqının, Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür.

Son xəbərlər

Orphus sistemi