Yuxarı

Azərbaycanda daha üç teatra yeni baş rejissor təyin edilib

Gəncə Teatrının keçmiş rejissoru  YUĞ Teatrının baş rejissoru təyin olunub

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri ölkənin daha üç teatrına yeni baş rejissorlar təyin edib.

"Report" xəbər verir ki, nazir Əbülfəs Qarayevin əmrinə əsasən, Sərvər Əliyev Ağdam Dövlət Dram Teatrına, Musa Eyyubov Qazax Dövlət Dram Teatrına baş rejissor təyin olunub. Gəncə Teatrının keçmiş baş rejissoru Gümrah Ömər isə "YUĞ" Teatrının baş rejissoru təyin edilib.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə İradə Gözəlova təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi