Yuxarı

Azərbaycan və Ukraynanın opera sənətçiləri “Riqoletto” operasında birlikdə səhnəyə çıxacaqlar

Opera dekabrın 19-da nümayiş etdiriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək. 

"Report" xəbər verir ki, dekabrın 19-da təqdim olunacaq tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, onların kiyevli həmkarları – Ukrayna Milli Operasının solistləri də iştirak edəcək.

Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya Cilda və əməkdar artistlər - Dmitri Kuzmin Hersoq, Dmitri Qrişin isə Riqoletto partiyalarını ifa edəcək.

Opera tamaşasında həmçinin Azərbaycanın xalq artisti Əli Əsgərov (Sparafuçille), əməkdar artistlər - Əkrəm Poladov (Monterone) və Səbinə Əsədova (Maddalena) da əsas rollarda çıxış edəcək.

Qeyd edək ki, operanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi