Azərbaycan və Ukraynanın opera sənətçiləri “Riqoletto” operasında birlikdə səhnəyə çıxacaqlar

Azərbaycan və Ukraynanın opera sənətçiləri “Riqoletto” operasında birlikdə səhnəyə çıxacaqlar Opera dekabrın 19-da nümayiş etdiriləcək
İncəsənət
8 Dekabr , 2015 17:07
Azərbaycan və Ukraynanın opera sənətçiləri “Riqoletto” operasında birlikdə səhnəyə çıxacaqlar

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək. 

"Report" xəbər verir ki, dekabrın 19-da təqdim olunacaq tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, onların kiyevli həmkarları – Ukrayna Milli Operasının solistləri də iştirak edəcək.

Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya Cilda və əməkdar artistlər - Dmitri Kuzmin Hersoq, Dmitri Qrişin isə Riqoletto partiyalarını ifa edəcək.

Opera tamaşasında həmçinin Azərbaycanın xalq artisti Əli Əsgərov (Sparafuçille), əməkdar artistlər - Əkrəm Poladov (Monterone) və Səbinə Əsədova (Maddalena) da əsas rollarda çıxış edəcək.

Qeyd edək ki, operanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur. 

Son xəbərlər

Orphus sistemi