Azərbaycan tələbələrin beynəlxalq mədəniyyətlərarası gecəsində təmsil olunacaq

Azərbaycan tələbələrin beynəlxalq mədəniyyətlərarası gecəsində təmsil olunacaq Tədbirdə tələbələr öz xalqlarına məxsus geyim, rəqs, musiqilər ilə ölkələrini təmsil edəcəklər
İncəsənət
17 Yanvar , 2017 11:33
Azərbaycan tələbələrin beynəlxalq mədəniyyətlərarası gecəsində təmsil olunacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Saqino Valley Dövlət Universitetinin (SVSU) beynəlxalq tələbə birliyi üzvlərinin çıxış edəcəyi 16-cı mədəniyyətlərarası gecədə təmsil olunacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 27-də keçiriləcək tədbirdə tələbələr öz xalqlarına məxsus geyim, rəqs və musiqiləri təqdim edəcəklər. 

Şelli Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi gecənin əsas məqsədi insanlara fərqli ölkələrin mədəniyyət nümunələrini göstərməkdir. 

Gecəyə Azərbaycanla yanaşı Çin, Tayvan, Səudiyyə Ərəbistanı, Banqladeş, Nepal, Pakistan, Yaponiya, Koreya, ABŞ, Hindistan, Rusiya, İndoneziya, Kosta Rika, Tunis və Əlcəzayir təmsilçiləri qatılacaq. 

Son xəbərlər

Orphus sistemi