Yuxarı
    Bağlamaq

    Azərbaycan musqiçiləri Beynəlxalq Mahnı Festivalına qatılacaqlar

    Festivala 15 xarici ölkənin təmsilçiləri qatılacaqlar

    Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan musiqiçiləri mayın 6-10-da Tbilisidə keçiriləcək Beynəlxalq III müəllif Mahnıları Festivalında iştirak edəcəklər.

    “Report” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, tədbiri keçirməkdə məqsəd müəllif mahnıları (bard) janrını təbliğ etməkdir.

    İlk festival 2014-cü ildə Tbilisidə keçirilib. Birinci festival Bulat Okucavanın xatirəsinə həsr edilib. 2015-ci ildə keçirilən ikinci tədbir isə faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub.

    Festivalda Azərbaycan musiqiçiləri də daxil olmaqla 15 xarici ölkənin, o cümlədən Almaniya, Gürcüstan, Belarus, Ukrayna, Rusiya, Çexiya, Estoniya, Latviya və İsrail təmsilçiləri də iştirak edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi