Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümü ilk açan teatr olacaq

    Sentyabrın 10-da teatrda O, olmasın bu olsun tamaşası nümayiş ediləcək

    Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanda yeni teatr mövsümünə ilk olaraq Azərbaycan Dövlət Musiqili Teatrı start verəcək. "Report" xəbər verir ki, teatr 106-cı mövsümü sentyabrın 10-da dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasıyla açacaq.

    Məlumata görə, bu il sentyabrın 8-9-da Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək. Toplantı çərçivəsində nəzərdə tutulan bədii proqramın sentyabrın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında təşkil edilməsi nəzərdə tutulub. Məhz buna görə də mövsümün açılış günü “O olmasın, bu olsun” tamaşası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunacaq.

    Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada rolları gülüş ustası, xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi