Azərbaycan Berlində keçirilən Vikimedia konfransında təmsil olunub

Azərbaycan Berlində keçirilən Vikimedia konfransında təmsil olunub Bakı. 24 aprel. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində Vikimedia konfransı keçirilib.
İncəsənət
24 Aprel , 2018 19:50
Azərbaycan Berlində keçirilən Vikimedia konfransında təmsil olunub

Bakı. 24 aprel. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində Vikimedia konfransı keçirilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir Vikipediya, Vikikitab, Vikilüğət, Vikimənbə və digər vikilayihələri idarə edən Vikimedia Fondu qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. 

Konfransda dünyanın 100-dək ölkəsindəki Vikimedia təşkilatlarının 300-dən artıq nümayəndəsi qatılıb. Tədbirdə Azərbaycan vikimediaçılarını “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev və təşkilatın fəal üzvü Tərxan Paşazadə təmsil ediblər. Bu konfransda Vikimedia təşkilatlarının ötən bir ildə rastlaşdıqları problemlər, gördükləri işlər və Vikimedia Fondunun 2030-cu ilə olan hədəfləri əsas müzakirə mövzusu olub, həmçinin fəal təşkilatlar öz təcrübələrini digərləri ilə bölüşüblər.

Son xəbərlər

Orphus sistemi