Yuxarı
    Bağlamaq

    "Axınla aşağı" filmi Vyanada nümayiş etdiriləcək

    Mayın 21-də nümayişi baş tutacaq filmə bütün biletlər satılıb

    Bakı. 16 may. REPORT.AZ/ Bu gün Kanndakı Azərbaycan pavilyonuna Avstriyanın LET’S CEE Beynəlxalq Film Festivalının direktorları Magdalena Zelasko və Wolfgang P. Schwelle qonaq olub.

    "Report" xəbər verir ki, qonaqlara mayın 21-də Vyanada nümayişi planlaşdırılan “Axınla aşağı” bədii filmi haqqında məlumat verilib.

    Qeyd edək ki, “Axınla aşağı” son üç ildə festival proqramlarında nümayiş etdirilən yüzlərlə film arasından seçilmiş 6 filmdən biri olaraq LET'S INTEGRATE! xüsusi proqramına daxil edilib.

    Qısa zamanda Azərbaycan filminin nümayişinə bütün biletlər satılıb. Festivalın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 80%-i “Axınla aşağı”nı ən uğurlu film hesab edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi