Yuxarı

​“Arşın mal alan” Daşkənddə özbəkcə yeni quruluşda nümayiş olunub

Tamaşa anşlaqla keçib və alqışlarla qarşılanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Daşkəndin Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub.

Azərbaycanın Özbəkistandakı səfirliyindən "Report"a verilən məlumata görə, tamaşa səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət elm və incəsənət xadimləri, Özbəkistandakı Azərbaycan diasporunun üzvləri, mətbuat işçiləri iştirak edib. 

Tamaşaya teatrın rejissoru, əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Dirijor Askil Turayev olub. Əsas rolları Rövşən İbrahimov, Umud Şadmanov, Nərgiz Şohobayeva ifa ediblər.

Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası böyük maraq doğurub, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında tamaşa anşlaqla keçib və alqışlarla qarşılanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi