Heydər məscidində Arif Məlikovun yas mərasimi keçiriləcək

Heydər məscidində Arif Məlikovun yas mərasimi keçiriləcək Heydər məscidində Xalq artisti Arif Məlikovun yas mərasimi keçiriləcək.
İncəsənət
10 May , 2019 15:47
Heydər məscidində Arif Məlikovun yas mərasimi keçiriləcək

Heydər məscidində Xalq artisti Arif Məlikovun yas mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, mərasim mayın 11-i saat 18:00-dan sonra başlayacaq. 

Mərasimin saat 18:00-da başlaması Ramazan ayı (Orucluqla) ilə bağlıdır. A.Məlikovun vəfatı ilə əlaqədar iftar veriləcək.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "Heydər Əliyev" ordeni, 2018-ci ildə isə "Şöhrət" orden ilə təltif olunub. O, 1965-ci ildə Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 

Xalq artisti mayın 9-da 86 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi