Argentinalı aktyor Federiko Luppi dünyasını dəyişib

Argentinalı aktyor Federiko Luppi dünyasını dəyişib O, 83 yaşında vəfat edib
İncəsənət
21 Oktyabr , 2017 05:35
Argentinalı aktyor Federiko Luppi dünyasını dəyişib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Əfsanəvi Gilyermo del Toronun qəmgin ekran əsərlərində rol alan argentinalı aktyor Federiko Luppi vəfat edib.

"Report" "The New-York Times" nəşrinə istindən xəbər verir ki, o, oktyabrın 20-də Buenos-Ayresdə 83 yaşında dünyasını dəyişib.

Aktyorun ölümünə subdural hematomanın ağırlaşması səbəb olub.

Luppi del Toronun rejissor kimi debüt etdiyi "Xronos" filmində çəkilib. Bundan əlavə, o, "Şeytanın beli" və "Favna labirintində" filmlərində rol alıb.

Son xəbərlər

Orphus sistemi