Amerikalı rejissor Bakıda seminar və təlim keçəcək

Amerikalı rejissor Bakıda seminar və təlim keçəcək Amerikalı sənədli film ssenaristi, rejissor, produser və redaktor Lisa Liman Azərbaycana gəlib
İncəsənət
7 Fevral , 2017 13:11
Amerikalı rejissor Bakıda seminar və təlim keçəcək

Bakı. 7 fevral. REPORT.AZ/ Amerikalı sənədli film ssenaristi, rejissor, produser və redaktor Lisa Liman Azərbaycana gəlib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən “Report”-a verilən məlumata görə, səfər ABŞ Dövlət Departamentinin Amerika istehsalı olan filmlərin xarici ölkələrdə numayişi proqramı çərçivəsində keçirilir. 

L.Liman Azərbaycan İncəsənət Akademiyasında filmlərin çəkilişi sahəsində karyeranın qurulması mövzusunda seminar və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakultəsinin tələbələri üçün sənədli filmlərin çəkilişi üzrə bir həftəlik təlim keçəcək.  O, eyni zamanda azərbaycanlı rejissorlarla görüşüb fərdi və qrup şəklində məsləhətləşmələr aparacaq.

L.Liman universitetlərdə tələblər üçün film təlimləri ilə yanaşı ictimaiyyət üçün açıq və ödənişsiz seminarlar da keçirəcək.

Son xəbərlər

Orphus sistemi