Yuxarı

"Alibaba və 7 Cücələr" filminin Bakıda ekranlara çıxacağı tarix açıqlanıb

Cem Yılmazın Bakıya gələcəyi gözlənilir

Bakı. 8 dekabr. REPORT.AZ/ Türkiyə istehsalı olan "Alibaba və 7 Cücələr" filmi dekabrın 17-dən Bakıda nümayiş etdiriləcək. 

"Report" xəbər verir ki, noyabrın 13-dən Türkiyədə ekranlara çıxan film Bakıda Nizami Kino Mərkəzində tamaşaçılara təqdim ediləcək. 

Filmin rejissoru və baş rolun ifaçısı olan, Türkiyənin tanınmış komediya ustası Cem Yılmazın Bakı səfəri gözlənilsədə, səfərin vaxtı hələlik dəqiqləşdirilməyib.

Filmdə baş rolda Cem Yılmaz çəkilib. Rolları Çetin Altay, İrina İvkina və Zafer Algöz və başqa aktyorlar canlandırıb.

140 nəfərlik texniki heyətlə ərsəyə gələn filmin çəkilişləri Bolqarıstanda başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi