Yuxarı

​Aktyor Jan Reno qondarma "erməni soyqırımı"na aid filmə çəkiləcək

O, fransalı admiral rolunu ifa edəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ Fransanın tanınmış aktyoru Jan Reno qondarma "erməni soyqırımı"na həsr olunmuş "Vəd" filminə dəvət alıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, o, filmdə fransız admiralı rolunu canlandıracaq.

Artıq çəkilişlərinə start verilən film erməni mənşəli amerikalı milyarder Kirk Kerkoryana məxsus "Tracinda" korporasiyasının açdığı "Survival Pictures" prodüser şirkəti tərəfindən ekranlaşdırılır.

Filmdə baş rolu Kristian Beyl ifa edəcək. Amerika səfiri rolu aktyor Ceyms Kromvelə həvalə olunub. Filmin rejissoru Terri Corcdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi