Yuxarı
    Bağlamaq

    Akademik Milli Dram Teatrının kollektivi Şəkiyə yola düşüb

    Teatr kollektivi II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edəcək

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kollektivi Şəkiyə yola düşüb.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatr kollektivi II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Sentyabrın 15-də başlayacaq “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrının repertuarında olan “Ölülər” tamaşası nümayiş olunacaq.

    Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

    Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

    “Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur.

    Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Elşən Rüstəmov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Hicran Nəsirova, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, Aslan Şirin, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Mətləb Abdullayev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və başqaları canlandırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi