Yuxarı

Akademik Milli Dram Teatrı Kazan festivalına qatılacaq

Türkdilli dövlətlərin Novruz festivalı iyunun 1-də başlayır

Bakı. 22 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrı iyunun 1-də Kazanda keçiriləcək türkdilli dövlətlərin ənənəvi Novruz festivalında iştirak edəcək. Teatrın direktoru İsrafil İsrafilov "Report"a açıqlamasında deyib ki, festivalda "İlahi oyun" tamaşasını nümayiş edəcəklər.  

Onun sözlərinə görə, Kazanda hər il keçirilən festival 10 gün davam edir: "Milli Dram Teatrı festivalda "Kitabi Dədəm-Qorqud" boyunun motivləri əsasında hazırlanan "İlahi oyun" tamaşasını göstərəcək. Festivala dəvət olunan bütün teatrlar milli dramaturgiya nümunələrini və "Kitabi Dədəm-Qorqud" dastanına həsr edilən tamaşanı təqdim edəcəklər". 

İ.İsrafilov bildirib ki, festivalda "Kitabi-Dədəm Qorqud"la səhnə əsəsrlərinin göstərilməsi təklifini TÜRKSOYA Azərbaycan tərəfi verib: "Biz təklif etdik ki, türkdilli respublikalar TÜRKSOY-un xətti ilə "Kitabi Dədəm-Qorqud" boyları əsasında hazırlanan tamaşaları nümayiş etdirsinlər. Qurum bu təklifi bəyəndi və müsbət dəyərləndiridi. Ona görə də festivala qatılan türkdilli dövlətlərin teatrları "Kitabi Dədəm-Qorqud" dastanının 12 boyu əsasında müxtəlif məzmunlu tamaşalar göstərəcəklər. Məhz bu səbəbdən də, biz də "İlahi oyun" səhnə əsərini təqdim edəcəyik. Akademik Milli Dram Teatrının çıxışı iyunun 4-də olacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi