Yuxarı
    Bağlamaq

    Akademik Milli Dram Teatrı 144-cü teatr mövsümünü Şəkidə açacaq

    Sentyabrın 17-də Bakıda Qarabağnamə tamaşası  nümayiş etdiriləcək

    Bakı. 31 avqust. REPORT.AZ/ Akademik Milli Dram Teatrı 144-cü teatr mövsümünü sentyabrın 15-də Şəkidə açacaq.

    "Report" xəbər verir ki, Milli Dram Teatrı II Şəki Beynəlxalq Teatr Festivalının açılışında Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azərpaşa Nemətdir.

    Sentyabrın 17-də isə Bakıda, Milli Dram Teatrında İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşası ilə teatrın sentyabra olan tamaşaları start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi