Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 18-də Akademik Milli Dram Teatrında yubiley tamaşası nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, Akademik Milli Dram Teatrının ən uğurlu tamaşalarından olan yazıçı-dramaturq Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar" əsəri yeni ilin ilk ayında 30-cu dəfə tamaşaçılara təqdim ediləcək.
Hər nümayişi anşlaqla keçən tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı əməkdar incəsənət xadimi Azərpaşa Nemətə məxsusdur.
Tamaşanın bəstəkarı, əməkdar incəsənət xadimi Səyavuş Kərimidir.
Ağa Məhəmməd şah Qacar obrazını xalq artisti, Fuad Poladov canlandırır.