"Ağa Məhəmməd şah Qacar"ın yubiley tamaşası olacaq

"Ağa Məhəmməd şah Qacar"ın yubiley tamaşası olacaq Fuad Poladov 30-cu dəfə Qacar kimi səhnəni fəth edəcək
İncəsənət
17 Yanvar , 2015 11:39
Ağa Məhəmməd şah Qacarın yubiley tamaşası olacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 18-də Akademik Milli Dram Teatrında yubiley tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, Akademik Milli Dram Teatrının ən uğurlu tamaşalarından olan yazıçı-dramaturq Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar" əsəri yeni ilin ilk ayında 30-cu dəfə tamaşaçılara təqdim ediləcək.

Hər nümayişi anşlaqla keçən tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı əməkdar incəsənət xadimi Azərpaşa Nemətə məxsusdur.

Tamaşanın bəstəkarı, əməkdar incəsənət xadimi Səyavuş Kərimidir.

Ağa Məhəmməd şah Qacar obrazını xalq artisti, Fuad Poladov canlandırır.  

Son xəbərlər

Orphus sistemi