"ADA" Universitetində İtaliya və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert keçirilib

"ADA" Universitetində İtaliya və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert keçirilib ​İtalyan tenorun “Sevgili canan”ı ifa etməsi ayaqüstə alqışlanıb
İncəsənət
26 Oktyabr , 2016 18:40
ADA Universitetində İtaliya və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ “ADA” Universitetinin Tələbə Mərkəzində İtaliya və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert keçirilib.

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, tədbir “ADA” Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında əməkdaşlıq çərçivəsində baş tutub. 

Konsertdə italyan tenorlar - Luici Kerubini Konservatoriyasının prorektoru, professor Leonardo De Lisi, Konservatoriyanın tələbəsi Cuzeppe Sturace, insturmental ifaçılar Pyer Luici Rugiyero və Darya Neçayeva, eləcə də BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyeva çıxış edib, məhşur klassik bəstəkarlar, o cümlədən Paolo Tosti, Bela Bartok, Frans List, Üzeyir Hacibəyli, Qara Qarayev, Cövdət Hacıyev, Sevda İbrahimovanın əsərlərini ifa ediblər. 

Eyni zamanda, “ADA”nın musiqili qonaqları BMA və Luigi Kerubini Konservatoriyası arasında ERASMUS proqramı çərçivəsində İtaliya-Azərbaycan musiqi mədəniyyəti və təhsil mübadiləsi proqramı barədə danışıb, hər iki ölkənin mədəniyyət ustalarının master-dərslərindən maraqlı məqamları bölüşüblər. “ADA” Universitetinin tələbə və müəllim heyətinin ayaqüstü alqışlarına xüsusilə tenor Leonardo De Lisinin ilk dəfə ifa etdiyi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı səbəb olub.

Son xəbərlər

Orphus sistemi